az
en
Bu gün: 19 Oktyabr 2019
“Tarix muzeyi uşaqların gözü ilə” müsabiqəsi

Azərbaycan uşaq və yeniyetmələri tərəfindən Azərbaycan tarixinə marağı gücləndirmək, onlara maddi və mənəvi irsimizin qorunmasının vacibliyini aşılamaq, respublikanın ən iri, qocaman və aparıcı muzeylərindən olan Milli Azərbaycan Tarixi Muzeyini yeni nəsillərə tanıtmaq məqsədilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi “Tarix muzeyi uşaqların gözü ilə” rəsm müsabiqəsini elan edir.


I. Müsabiqənin şərtləri:

 

  1. Müsabiqədə 5 yaşdan 17 yaşadək uşaq və yeniyetmələr iştirak edə bilər. Müsabiqə aşağıdakı yaş qrupları üzrə keçiriləcək – 5-10, 11-14, 15-17.
  2. Müsabiqə iştirakçıları rəsmlərı Milli Azərbaycan Tarixi Muzeyinə aprelin 30-dək təqdim etməlidirlər
  3. müsabiqə iştirakçıları özləri barədə aşağıdakı məlumatları təqdim etməlidirlər: adı, soyadı, atasının adı, təvəllüdü, ev ünvanı, əlaqə telefonu, oxuduğu məktəb və ya kollecin, yaradıcılıq mərkəzi və ya dərnəyin adı və nömrəsi.
  4. rəsmlər aşağıdakı mövzularda təqdim oluna bilər:

-         “Tariximizi öyrənən, irsimizi qoruyan - Milli Azərbaycan Tarixi Muzeyi”

-         “Muzeyin ekspozisiyası”

-         “Nadir eksponatlar”

-         “Görkəmli xeyriyyəçi - Hacı Zeynaladbin Tağıyev”

-         “Hacı Zeynaladbin Tağıyevin yadigarı – Tarix Muzeyinin binası”

 

II. Müsabiqənin keçirilmə vaxtı

Müsabiqə 2013-cü il yanvarın 1-dən aprelin 30-dək davam edəcək.

 

III. Müsabiqənin yekunu

Müsabiqəyə təqdim olunan rəsmlər muzey əməkdaşları və peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin yekun tədbiri 18 may – Beynəlxalq muzeylər günü ərəfəsində keçiriləcək.

Müsabiqənin yekun tədbirində qaliblər mükafatlandırılacaq. Hər nominasiya üzrə 1 (bir) I dərəcəli, 2 (iki) II dərəcəli, 3 (üç) III dərəcəli diplom veriləcək. Ayrı - ayrı nominasiyalar üzrə diqqəti çəkən digər işlərin müəlliflərinə həvəsləndirici diplom veriləcək.

 

Əlaqə üçün:

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr  və sərgilərin təşkili şöbəsi

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı ş., H.Z.Tağıyev küç., 4

Telefon:  (994 12) 493 17 88; (994 12) 493 36 48;

Faks: (994 12) 498 52 11

E-poçt: aztarmuzey@azhistorymuseum.az

Elanlar