az
en
Bu gün: 22 Iyul 2019
Aprelin 26-27-də “Gənc tədqiqatçıların I beynəlxalq elmi konfransı” keçiriləcəkdir

Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, konfransın məqsədi gənclərin elmə marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir. Konfransda 1-ci bölmə maliyyə, iqtisadiyyat, idarəetmə, sənayenin təşkili və idarə olunması, mühasibat uçotu və audit, hüquq, 2-ci bölmə dəqiq və təbiət elmləri, informasiya və kommunikasiya texnologiyaları, kimya mühəndisliyi, 3-cü bölmə isə pedaqogika, filologiya, tərcüməşünaslığın müasir problemləri və digər sahələri əhatə edəcəkdir.

Konfransda iştirak etmək arzusunda olanlar, elmi məqalələrinin tezislərini fevralın 20-dək konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər. Tezis 500-750 söz həcmində olmalıdır.
1-ci bölmə ilə əlaqədar tezislər section1@qu.edu.az

2-ci bölmə ilə əlaqədar tezislər section2@qu.edu.az

3-cü bölmə ilə əlaqədar tezislər section3@qu.edu.az

e-mail ünvanına Word formatında göndərilməlidir. Tezislərin qəbulu haqqında məlumat martın 15-də veriləcəkdir.
Məruzələr aprelin 1-dək qəbul olunacaqdır.

Elmi heyət tərəfindən seçilmiş məruzələr “Journal of Qafqaz University”də çap ediləcəkdir.
Yazı qaydaları:

-Tezisin adı, müəllifin adı-soyadı, elmi dərəcəsi, vәzifәsi, iş yeri və elektron poçt ünvanı bildirilmәlidir.
-Tezisin həcmi (A4), tezisin mətni 500–750 kəlmə olmalıdır.

-Tezislər 12 ölçüdə font ilə Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm və aşağıdan 20 mm) boşluq buraxılmalıdır.

-Tezislərdə yenilik, səmərəlilik və faydalılıq olmalıdır.

-Konfransa göndərilən tezislər elmi heyət tərəfindən qiymətləndirilərək seçiləcəkdir.
-Konfransa təqdim olunacaq tezislər Azərbaycan, türk, ingilis və ya rus dillərində olmalıdır.

-Qəbul olunmayan tezislər müəllifinə geri qaytarılmayacaqdır.

-Son müraciət tarixindən sonra göndəriləcək tezislər diqqətə alınmayacaqdır.

-Tezislər mövzulara görə qeyd olunmalıdır.

-Tezislərin qəbulu haqqındakı məlumat müəlliflərə göndəriləcəkdir.

Əlaqə məlumatlar üçün: ünvan Qafqaz Universiteti, AZ0101, telefon

(+994) 12 448 28 62/66, Faks (+994) 12 448 28 61/67, E-poçt

İnternet ünvanı: http://qu.edu.az/content.php?link=503&lang=az

Elanlar