az
en
Bu gün: 10 Dekabr 2019
Muzeydə “Hacı Zeynalabdin Tağıyev klubu” yaradılır

Muzeyimizin hörmətli qonağları, əziz dostlar! Azərbaycan tarixi kimliyindən asılı olmayaraq, cəmiyyətdə tutduğu mövqeyinə görə yüzlərlə görkəmli insan adları ilə zəngindir. XIX əsrin sonları və XX əsrin əvvələrində yaşamış məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevdə belə şəxsiyyətlərdəndir. Onun adı və fəaliyyəti insana xas olan ən yaxş keyfiyyətləri, vətənpərvərliyi, alicənablığı, səxavəti, xalqına sədaqəti özündə ehtiva edir. Uşaqlarımıza, gənclərimizə dahilərimiz haqqında geniş məlumat vermək hər bir azərbaycanlının borcudur. Biz, Milli Azərbaycan Tarixi Muzeyi olaraq muzeyimizdə dahi şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin klubunu təşkil etməyi məqsədəuyğun sayırıq. Klubda orta məktəblərimiz və ali məktəblərinin iştirakı vacibdir. Klubda şagirdlər və tələbələr Hacı Zeynalabdin Tağıyevin həyat və yaradıcılığı ilə tanış olacaqlar. Hacı Zeynalabdin Tağıyevə məxsus geyim əşyaları ona verilən hədiyyələrlə hansı şəhərlərdə xeyriyyəçilik işləri ilə məşğul olduğu şagirdlərə və tələbələrə klubumuzda geniş izah olunacaq. Hacı Zeynalabdin Tağıyev haqqında daha geniş məlumat almaq istəyən şagird və tələbələr klubumuzda iştirak edən zaman bütün məlumatları əldə edəcəklər. Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini araşdırmaq, onun şəxsiyyəti və gördüyü işləri ilə bağlı qaranlıq səhifələri açmaq, ona və ailəsinə məxsus olmuş sənəd və əşyaları toplamaq, həmçinin görkəmli xeyriyyəçinin fəaliyyətini Azərbaycanda və vətənimizin hüdudlarından kənarda təbliğ etmək klubumuzun əsas vəzifəsidir. Vəzifəsi, peşəsi və yaşından fərqli olmayaraq Tağıyevə hörmət bəsləyən bütün şəxslər klubumuzun üzvü ola bilərlər. Əlaqə üçün müraciət edin: Əzimova Pərvanə, Milli Azərbaycan Tarixi Muzeyinin Elm-Maarif Şöbəsinin əməkdaşı. Tel.: +994 12 598 17 41

Elanlar