az
en
Bu gün: 17 Sentyabr 2019
“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” III respublika elmi konfransı (Bakı, aprel 2013-cü il)

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2013-cü il aprelin ikinci yarısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” III respublika elmi konfransını keçirir. Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:

  • muzeylərdə elmi, fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi
  • muzey pedaqogikası və tarixi tədqiqatlar
  • Azərbaycan tarixinin təbliğində muzeylərin rolu
  • Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri

Simpoziumda iştirak etmək üçün məruzələrin tezisləri və anket 2013-cü il martın 15-dək nargiz.aliyeva@box.az elektron ünvanına göndərilməlidir.

       Tezislərin tərtibatına dair tələblər:

1.      Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.

2.      Mətnin həcmi – 1 səhifəyədək.

3.      Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.

     Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.                                        Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur. Məruzələrin tərtibinə dair tələblər:

kağızın formatı – A4, Word redaktorunda;

həcmi – 4 səhifəyədək;

şrift – Times New Roman 14;

sətirlərarası interval – 1,5;

istinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10, interval 1).

      Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

                 

Təşkilat komitəsinin koordinatları:

Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi.

Telefon:   (99412) 5981740

Elektron poçt: nargiz.aliyeva@box.az

Veb-sayt: www.azhistorymuseum.az

 

Anket (doldurulması mütləqdir)

İştirakçının adı və soyadı

 

Şəhər, rayon

 

İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu

 

Əlaqə telefonu

 

E-mail ünvanı

 

Elmi adı, dərəcəsi

 

Məruzənin tam adı

 

 

 

Elanlar