az
en
Bu gün: 19 Sentyabr 2019
Belarus uğrunda vuruşmuş azərbaycanlılara həsr olunmuş kitabın təqdimatı keçiriləcək

İyunun 27-də Milli Azərbaycan Tarixi Muzeyində Belarus uğrunda vuruşmuş azərbaycanlılara həsr olunmuş «Они сражались за Беларусь» (“Onlar Belarus uğrunda vuruşmuşlar”) kitabının təqdimatı keçiriləcək. Milli Azərbaycan Tarixi Muzeyi və Belarus Respublikasının Azərbaycandakı səfirliyinin birgə səyləri ilə təşkil olunacaq tədbirdə II Dünya müharibəsi veteranları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, tarixçi alimlərin, Azərbaycandakı belarus diasporu,  Azərbaycan- Belarus dostluq cəmiyyətlərinin üzvləri, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı gözlənilir. Tədbirdə “Azərbaycan II Dünya müharibəsi illərində”, “Belarus II Dünya müharibəsi illərində”, “Belarus uğurunda vuruşmuş azərbaycanlılar” slayd-filmləri nümayiş olunanacaq, təqdimatı keçirilən kitabın müəllifləri, tarixçi alimlər çıxış edəcək.
Tədbir iyunun 27-də saat 11.00-da başlayacaq.

Elanlar