az
en
Bu gün: 18 Sentyabr 2019
2013/2014-cü illər üçün Milli Azərbaycan Tarixi Muzeyinin doktoranturasına qəbul qaydaları

1. Doktoranturaya sənəd qəbulu dekabrın 20-dək aparılacaq.

2. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

3. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• Ərizə;

• Kadrların şəxsi-qeydiyyat vərəqi;

• Tərcümeyi-hal (əyazma ilə);

• İş yerindən xasiyyətnamə;

• 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

• İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

• Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

• Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

• Şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

 

 

2013/2014-cü illər üçün Milli Azərbaycan Tarixi Muzeyinin dissertanturasına qəbul qaydaları

 

 

1. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan mütəxəssislərin istehsalatdan ayrılmamaqla, elmi dərəcənin alınması üçün təhkim olunmaqla, dissertasiya işinin yerinə yetirilməsini təmin edir.

2. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

3. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

 AMEA Milli Azərbaycan Tarixi Muzeyinin doktoranturasına qəbul olunmaq üçün ərizənin

 

 NÜMUNƏSI

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru,

akademik Nailə Vəlixanlıya

Muzeyin Azərbaycanın yeni dövr tarixinin ekspozisiyası

və fondları şöbəsinin laborantı

Ağayev Fuad Ağabala oğlu tərəfindən

 

 

ƏRİZƏ

 

         AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Vətən tarixi” (“Arxeologiya”, “Etnoqrafiya və etnologiya”) ixtisası üzrə fəlsəfə doktoru (elmlər doktoru) hazırlığı üzrə əyani (qiyabi) doktoranturasına qəbul olmaq üçün müsabiqə imtahanlarına buraxılmağıma icazə vermənizi xahiş edirəm.

 

 

                                                                                              İmza.

                                                                                              Tarix.

 

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin doktoranturasına

 

QƏBUL PLANI

 

 

 

 

Fəlsəfə doktoru

hazırlığı üzrə

Elmlər doktoru hazırlığı üzrə

Vətən tarixi

1 (əyani)

1 (qiyabi)

Arxeologiya

1 (əyani)

1 (qiyabi)

Etnoqrafiya və etnologiya

1 (əyani)

1 (qiyabi)

 

 

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dissertanturasına

 

QƏBUL PLANI

 

 

 

 

Fəlsəfə doktoru

hazırlığı üzrə

Elmlər doktoru hazırlığı üzrə

Vətən tarixi

1

1

Arxeologiya

1

1

Etnoqrafiya və etnologiya

1

1

Elanlar