az
en
Bu gün: 20 Avqust 2017
S.Aşurbəylinin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda VI Respublika elmi konfrans

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2016-cı il iyunun 14-də görkəmli tarixçi-alim S.Aşurbəylinin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda VI Respublika elmi konfransı keçirməyi planlaşdırılır.

Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:

 

-  Azərbaycanın müstəqillik dövrü tarixinin öyrənilməsində muzeylərin rolu;

-  muzey fondlarında saxlanılan mədəni irsin araşdırılması, qorunması, təbliği;

-  Azərbaycan tarixi və muzeylər – yeni yanaşma metodları;

-  muzey pedaqoqikası və tarixi tədqiqatlar;

-  müasir cəmiyyətdə muzey. İnkişafın yeni yollarının axtarışı;

-  Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri;

-  muzeylərdə elmi, fond və ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi;

-  muzeylərin sosial infrastruktur kimi turizmin inkişafı və əhalinin maariflənməsində rolu;

-  muzey eksponatlarının mənbəşünaslıq dəyərləri;

-  respublika diyarşünaslıq muzeylərinin materiaları əsasında Azərbaycan tarixinin təbliği;

-  Tarixi dəyərlər-muzey-tamaşaçı;

-  muzeylərin inkişaf tarixi;

-  muzey kitabxanaları və arxivləri mədəni irsi qoruyan müəssilələr kimi;

-  Muzey və elm: mübadilə, təcrübə, perspektivlər

 

 

Konfransda iştirak etmək üçün məruzələrin tezisləri və anketlər 2016-ci il martın 30-dək behmen_76@mail.ru elektron poçt ünvanına göndərilməlidir.

 

Tezislərin tərtibatına dair tələblər:

 

Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
Mətnin həcmi – 1 səhifəyədək. Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.

 Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır. 

 

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Məruzələrin tərtibinə dair tələblər:

kağızın formatı – A4, MS Word (*.doc) redaktorunda; həcmi – 4 səhifəyədək; şrift – Times New Roman 14; sətirlərarası interval – 1,5; istinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10, interval 1).

 Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

 

Təşkilat komitəsinin koordinatları:

 

Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4,

Milli Azərbaycan Tarixi Muzeyi.

Telefon: (+994 12) 493 23 87

(+994 12) 593 11 34

(+994 12) 598 17 40

Faks: (+99412) 598 52 11

Elektron poçt: behmen_76@mail.ru

Veb-sayt: www.azhistorymuseum.az

Əlaqələndirici şəxs: t.ü.f.d. Bəhmən Kərimov

 

 

Anket (doldurulması mütləqdir)

 

İştirakçının adı və soyadı

Şəhər, rayon

İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu

Əlaqə telefonu

E-mail ünvanı

Elmi adı, dərəcəsi

Məruzənin tam adı

Elanlar