az
en
Bu gün: 13 Noyabr 2019
Muzeydə arxeoloji qızıla aid yeni kataloq

Məlumdur ki, Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı əjdadlarımızın həyatını əyani şəkildə araşdırmağa imkan verən müxtəlif tarixi eksponatlar aşkar edilir. Onlar sırasında tikiniti qalıqları, məişət əşyaları, əmək alətləri, silahlar çoxluq təşlik etsələr də, qədim dövr zinət və bəzək əşyaları da az deyil. Aarxeoloji qazıntılar nəticəsində aşkar olunub və Milli Azərbaycan Tarixi Muzeyinə verilmiş əşyalar barəsində kitab- kataloq çap olunmuşdur.

“Azərbaycanın arxeoloji qızıl və gümüş əşyaları” adlı kataloqun elmi redaktoru Muzeyin direktoru akademik Nailə Vəlixanlı, mətnin müəllifi Muzeyin Xüsusi Fondunun müdiri Afət Rüstəmbəyovadır. Kataloqda 130 ədəd qiymətli metaldan ibarət arxeoloji tapıntılar barəsində məlumat verilir; bu əşyalar e.ə. II minillikdən b.e. XVII əsrinə qədər olan dövrü əhatə edir. Kataloqun giriş mətnində  Azərbaycanda qədimdə qızıl hasilatı, zərgərlik sənətinin texnologiyaları, zərgərlik məmulatlarının arxaik formaları, torevtika ənənələri barəsində məlumat verilmişdir. Maraqlıdır ki, ilk dəfə olaraq təqdim olunan bütün arxeoloji əşyalar rentgen- fluoressensiya analizləri vasitələri ilə öyrənilmiş, nəticədə məmulatların tərkibi, düzəldilmə texnologiyası və dövrü xırdalıqlarına qədər araşdırılmışdır. Kataloqda hər bir əşyanın fotoşəkilləri, əşyanın ölçüləri, düzəldilmə texnikası, tərkibi, tapıntı yeri barəsində müfəssəl məlumat verilmişdir.

Kataloq iki dildə - azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.

Elanlar