az
en
Bu gün: 14 Dekabr 2017
Muzeydə Azərbaycanın təyyarəçi qadınlarına həsr olunmuş açıq dərs keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın təyyarəçi qadınlarına həsr olunmuş açıq dərs keçirildi. Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi açıq dərsdə Azərbaycanda aviasiya tarixi barəsində məlumat verilmiş, Azərbaycanın ilk təyyarəçi qadınları olan Leyla Məmmədbəyova və Züleyxa Seidməmmədova haqqında ətraflı danışılmışdır. Həmçinin ekranda təyyarəçilərimizin həyat yolunu əks etdirən foto və videokadrlar nümayiş edilmişdir.  Tədbirdə qonaq qismində Leyla Məmmədbəyovanın kiçik oğlu Xanlar Məmmdbəyov iştirak etmişdir. Dərsin sonunda şagirdlərə təyyarəçi qadınların fotoları və Leyla Məmmədbəyovanın 100 illiyi münasibətilə buraxılmış  poçt markası hədiyyə olunmuşdur. Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.

Elanlar