az
en
Bu gün: 22 Iyul 2019
Muzeyin yeni nəşri – “Milli Azərbaycan Tarixi Muzeyi - 2013” məqalələr toplusu

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə dərc olunmuş “Milli Azərbaycan Tarixi Muzeyi - 2013” məqalələr toplusuna (Bakı, “Ziya”, 2013, 368 s.) 35-dən çox məqalə daxil edilmişdir. Topluda tarix, arxeologiya, numizmatika, epiqrafika, etnoqrafiya, muzey işi, muzeyin həyatıyla bağlı məqalələr çap olunmuşdur. Baş redaktoru Muzeyin direktoru, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru Nailə Vəlixanlı olan topluda respublikanın tanınmış muzeyşünasları,  tarixiçiləri, arxeoloq və etnoqrafları, restavrasiya üzrə mütəxəssislərin məqalələri ilə bərabər gənc tədqiqatçıların da məqalələri yer almışdır. Məqalələr oxuculara azərbaycan, rus və ingilis dillərində təqdim olunur.

Elanlar