az
en
Bu gün: 18 Sentyabr 2019
Tbilisidə yerləşən Azərbaycan mədəniyyət muzeyi memarlıq mükafatına layiq görülüb

Mirzə Fətəli Axundzadə adına Azərbaycan mədəniyyət muzeyiAzərTAcın məlumatına əsasən, Gürcüstanda reallaşdırılmış Azərbaycan memarlıq layihəsi olan Mirzə Fətəli Axundzadə adına Azərbaycan mədəniyyət muzeyi beynəlxalq müsabiqədə ən yaxşılardan biri elan edilərək “Memarlıq mükafatı 2014” mükafatına layiq görülüb.

Bu yaxınlarda “SOCAR Energy Georgia”nın təşəbbüs və dəstəyi ilə bərpa edilən muzeyin layihəsi Azərbaycanın Memarlar İttifaqı tərəfindən müsabiqədə iştirakı üçün irəli sürülüb və Gürcüstanda həyata keçirilmiş bir çox göz oxşayan memarlıq layihələri arasında “İctimai binalar (reallaşdırılmış layihələr)” nominasiyasında qalib gəlib. Layihənin müəllifi kimi Azərbaycanın Memarlıq və Dizayn şirkəti “M-Studio” çıxış edib. “Memarlıq mükafatı 2014” müsabiqəsi Gürcüstan memarlarının assosiasiyası tərəfindən təşkil edilmiş üçüncü beynəlxalq memarlıq festivalı çərçivəsində keçirilib. “Memarlıq mükafatı 2014” ödülü, dizayner və memarlara şəhərsalma, memarlıq, interyer-dizayn sahələrində olan həyata keçirilmiş və investisiya layihələrinə görə təqdim olunur.

 

Elanlar