az
en
Bu gün: 19 Sentyabr 2019
“Azərbaycan təsviri sənəti – gəncliyə örnək” kitabının təqdimat olub

“Azərbaycan təsviri sənəti – gəncliyə örnək” kitabıAzərTAcın məlumatına əsasən, “Abşeron” rəsm qalereyasında “Gənclərin töhfəsi” İctimai Birliyi (İB) tərəfindən “Azərbaycan təsviri sənəti – gəncliyə örnək” layihəsi çərçivəsində çap edilmiş eyniadlı kitabın təqdimatı keçirilib.

Tədbirdə birliyin sədri Asim Vəliyev layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, məqsəd tanınmış rəssamlarımızın yaradıcılığını və Azərbaycan milli təsviri sənət irsini gənc nəsilə aşılamaqdan ibarətdir. Kitabda qədim dövrlərdən başlamış müasir dövrə qədər Azərbaycan təsviri incəsənətinin inkişaf yolları mərhələ-mərhələ tədqiq edilir. Kitab “Ön söz”dən, baş məqalədən, 40 məşhur rəssam haqqında ayrıca yazıdan və qırx rəssamın yaradıcı bioqrafiyası haqqında ayrıca bölmədən ibarətdir.

Elanlar