az
en
Bu gün: 23 Oktyabr 2019
Muzeyin yeni nəşri

Milli Azərbaycan Tarixi Muzeyində növbəti kitab kataloq işıq üzü görüb.  “Dost ellərin hədiyyələri” adlı kataloqun (Bakı, “Ziya”, 2014, 172 s.) elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifi Hədiyyələr və xatirə əşyaları fondunun müdiri Rəna Səfərovadır.  

Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda 900-ə qədər xarici ölkələrin hədiyyələri qorunmaqdadır. Bunlar Azərbaycanın görkəmli şəxsiyyətlərinə məxsus xatirə əşyaları, Azərbaycan Respublikasına, onun müxtəlif təşkilatlarına və görkəmli xadimlərinə həm xarici ölkələr tərəfindən, həm də respublika daxilində müxtəlif münasibətlərlə verilmiş hədiyyələrdir. Bu hədiyyələr içərisində ayrı-ayrı ölkələrə məxsus incə zövqlə hazırlanmış təbrik ünvanları, kitablar, kiçik heykəllər, xalçalar, bəzəkli fiqurlar, rəngli tablolar, tətbiqi sənət nümunələri, gümüş, büllur və çini vazalar, güldanlar, milli geyimlər əhatə edir. Kataloqda muzeyin Təsviri materiallar fondu, Etnoqrafiya fondu, Sənədli mənbələr fondu, Silahlar və bayraqlar fondu və Xüsusi fondunda qorunan materiallarından da istifadə edilmişdir. Kataloqa  salınmış hər bir materialın fotoşəkilləri verilir, ölçüləri, xüsusiyyətləri göstərilir.

Qeyd etmək lazımdır ki, kataloqda təsvir olunmuş eksponatlardan 600-ü hazırda Muzeydə təşkil olunmuş “Dost ellərin hədiyyələri” sərgisində nümayiş olunur.

Elanlar