az
en
Bu gün: 18 Sentyabr 2019
YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Lavaşın erməniləşdirilməsinin qarşısı alınmışdır

Məlum olduğu kimi, Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilmişdir. Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınmışdır.

 

Belə ki, YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilmiş və bununla da, lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığını, sadəcə bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğunu qəbul etmişdir. Yəni, Komitədə aparılmış müzakirələrin nəticəsində ifadə olunmuşdur ki, Ermənistanın bu cəhdi qəbuledilməzdir və onun ərazisində hər hansı bir mətbəx nümunəsinin hazırlanmasının erməni millətinə məxsus olması anlamına gəlmir. Habelə, Komitə üzvləri Konvensiyanın ruhunu önə çəkərək ermənilərin lavaşın eksklüziv erməni çörəyi olması iddiasını qətiyyətlə qınamışlar və belə bir halların baş verməməsi üçün hüquqi prosedurların işlənməsinin vacibliyini qeyd etmişlər. 
Azərbaycan nümayəndə heyəti Komitə üzvləri və digərləri ilə keçirilən bütün görüşlərdə Ermənistanın YUNESKO-nun məqsəd və prinsiplərinin öz işğalçı siyasəti üçün alət etməsini tənqid etmiş və bu cür yanaşmanın təşkilatın nüfuzuna ciddi xələl gətirəcəyini vurğulamışdır.

Komitədə lavaşın erməni millətinə mənsub olması əvəzinə Ermənistan ərazisində mövcud olması kimi qəbul edilməsi bir daha Ermənistan ərazisində azərbaycanlıların yaşadıqlarını, ermənilərin də bu ənənələri onlardan öyrəndiyini bir daha təsdiq etmiş oldu.

Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilmiş və qərara alınmışdır ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi YUNESKO-ya təqdim edilsin.

Elanlar