az
en
Bu gün: 13 Noyabr 2019
Tolerant Azərbaycan gənci” mövzusunda sərgi açılıb

photoAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ölkəmizdəki milli, etnik, irqi, dini tolerantlığın təsvir vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi ilə “Tolerant Azərbaycan gənci” mövzusunda sərgi açılıb.

Sərgi gənc rəssam və heykəltəraşlar arasında tolerantlıq mövzusunda ilk sənət sərgisidir. Sərgi ilk dəfə cari ilin mayında Azərbaycan Rəssamlar İttifaqında, Vyanada və Atletlər Kəndində nümayiş olunub.

Açılış mərasimində universitetin prorektoru Məryəm Əlizadə çıxış edərək maraqlı, aktual mövzuya həsr olunan sərginin əhəmiyyətindən danışıb, layihənin rəhbərinə təşəkkürünü bildirib.

Tədbirdə xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev layihə barədə fikirlərini bölüşüb, sərgidə gənclərin fəal iştirakını yüksək dəyərləndiriblər. Bildirilib ki, sərgi bundan sonra da müxtəlif ölkələrdə nümayiş etdiriləcək.

Sonra sənətşünas Dilarə Müzəffərli rəhbəri olduğu layihə və sərgidə nümayiş etdirilən əsərlər barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Vyana Azərbaycan Mədəniyyət Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına və ADMİU-ya layihənin həyata keçməsində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

 

Elanlar