az
en
Bu gün: 17 Noyabr 2019
Londonda “Azərbaycan daş sənəti” mövzusunda təqdimat keçirilib

photoİngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonda “Azərbaycan daş sənəti” mövzusunda təqdimat keçirilib.

Təqdimatda Britaniyanın Afrika üzrə məşhur daş sənəti mütəxəssisi, bir neçə il əvvəl tədqiqat üçün Azərbaycana səfər edən David Coulson çıxış edib. O, çıxışında Azərbaycanın daş sənəti, onun Afrika daş sənətindən fərqli və üstün cəhətləri haqqında məlumat verib. Ekspert, həmçinin dünya mədəni irs siyahısına daxil edilən Qobustan qayaüstü rəsmlərindən bəhs edərək daş incəsənətinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, qayaüstü rəsmlər keçmiş haqqında məlumat verən mədəni və tarixi mənbələrdir.

 

Elanlar