AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2010-cu il 1-3 noyabrda Muzeyin yaradılmasının 90 illiyinə həsr olunmuş “Muzeylər və mədəni irs” mövzusunda Beynəlxalq konfrans keçirir.
Konfransın mövzuları:
· Milli Azərbaycan Tarixi Muzeyində mədəni irsin öyrənilməsi, mühafizəsi, təbliği
· Mədəni irs və lokal muzeylər
· Mədəni irsin konservasiyası
· Mədəni irsin qorunmasında və təbliğində müasir texnologiyaların tətbiqi
· Mədəni irsin təbliği və nümayişi
Konfransın dili: Azərbaycan, ingilis, rus
Konfransın keçirildiyi yer: Bakı, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi
Məruzələrin son qəbul müddəti – 1 iyul 2010-cu il
Məruzələrin tərtibinə dair tələblər: kağızın formatı - A4, Word redaktorunda; həcmi - 3 səhifəyədək; şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;
Məruzələr aşağıda göstərilən elektron ünvana təqdim edilməlidir. Məruzələr Azərbaycan, ingilis və rus dillərində ola bilər. Elmi-Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məqalələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Bizimlə əlaqə: 1005, Azərbaycan Respublikası, Bakı şəhəri, H.Z.Tağıyev, 4, Milli Azərbaycan Tarixi Muzeyi.
Telefon: +99412598-17-39; +99412598-17-42; +99412493-23-87
Faks: +99412598-52-11