az
en
Bu gün: 18 Sentyabr 2019
Dövlət Kino-Foto Sənədləri Arxivinə dövlətimizin başçısına aid fotosənədlər daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə 26509 saxlama vahidi fotosənəd daxil olub. 2007-2009-cu illəri əhatə edən sənədlər dövlət başçısının regionların sosial–iqtisadi inkişafı ilə bağlı dövlət proqramında (2004-2008–ci illər) nəzərdə tutulan işlərin başa çatması münasibətilə keçirilən tədbirlərdə iştirakını, beynəlxalq səviyyədə keçirilən sammitlərdə, konfranslarda, görüşlərdə iştirakını və çıxışlarını, 22 xarici ölkənin dövlət və hökumət başçıları ilə görüşlərini, rəsmi qəbullarını, səhiyyə ocaqlarının, mədəniyyət mərkəzlərin, zavod və fabriklərin, metro stansiyasının, Olimpiya kompleksinin, hərbi hissənin istifadəyə verilməsində rəmzi lent kəsilməsini, milli bayramlarda əhali ilə görüşlərini, türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısında iştirakını və çıxışını, Gəncə, Göygöl, Şəmkir, Quba, Qusar, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Salyan, Füzuli, Ağdam, Beyləqan, Şirvan, Qazax və digər rayon və şəhərlərə səfərlərini əks etdirir.

Hazırda həmin fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir fotosənədin qısa, müfəssəl məzmunu hazırlanır.

 

Elanlar