az
en
Bu gün: 13 Noyabr 2019
“Qafqaz Albaniyasına səyahət” adlı layihə davam edir

imgAzərbaycan Yaradıcılıq Fondu tərəfindən “Qafqaz Albaniyasına səyahət” adlı layihə həyata keçirilir.  Layihə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərinin dövlət maliyyələşdirilməsi ilə bağlı 2015-ci il mart ayının 1-dək elan olunmuş müsabiqənin “Mədəni irs və tarixi abidələrimizin təbliği” mövzusunda qalib olub.

Layihə çərçivəsində Oğuz, Qəbələ və Qazax rayonlarında yerləşən Qafqaz Albaniyası abidələrinə ekskursiyalar təşkil olunub, tarix-mədəniyyət abidələri haqqında rayon gənclərinə geniş informasiya verilib.

“Qafqaz Albaniyasına səyahət” adlı layihə davam edir. Azərbaycan Yaradıcılıq Fondu tərəfindən daha bir neçə rayonda bu səpkili tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Elanlar