az
en
Bu gün: 20 Avqust 2017
Milli Azərbaycan Tarixi Muzeyinin məqalələr toplusu çap olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyin illik toplusu olan “Milli Azərbaycan Tarixi Muzeyi – 2015” toplusu işıq üzü görmüşdür. Muzeyin direktoru akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu bu kitab-toplu Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur.

Toplu dörd hissədən - “Milli Azərbaycan Tarixi Muzeyi-95”, “Tarix”, “Arxeologiya, numizmatika, epiqrafika” və “Etnoqrafiya” bölmələrindən ibarətdir. Burada Muzey əməkdaşlarının və başqa alimlərin azərbaycan və rus dillərində elmi məqalələri dərc olunmuşdur. 470 səhifə həcmində olan topluda 30-dan çox müəllifin məqaləsi yer alıb.

Muzey tərəfindən hər il ənənəvi olaraq nəşr olunan kitab-toplu öz oxucularına qiymətli mənbə, tarix elminə dəyərli tövhə olaraq mühüm əhəmiyyət kəsb edir.

 

 

Elanlar