az
en
Bu gün: 26 Sentyabr 2017
Muzey əməkdaşı kitab təqdimatında iştirak etmişdir

14 iyul 2017-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi” (Bakı, 2017, 416 səh.) dərsliyinin təqdimatı olub. Tədbirdə kitabın həmmüəlliflərindən biri - Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov da iştirak etmişdir. O, kitabın “Azərbaycan multikulturalizminin publisistik qaynaqları” (səh. 140-147) yarımfəslinin müəllifidir. 

Tədbirdə ADU-nun rektoru, BBMM-nin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla,  BBMM, Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət İdarəçilik Akademiyası, AMEA, etnik və dini icmaların nümayəndələri də iştirak və çıxış etmişdirlər.

Qeyd edək ki, bu dərslik Azərbaycan multikulturalizm modelini sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir.

FLICKR

YOUTUBE

FACEBOOK

 

 

Elanlar