az
en
Bu gün: 26 Sentyabr 2017
“Azərbaycan milli geyimləri olduğu kimi” sərgisi ilə tanış olanların sayı davamlı artır
Xatırladaq ki, 04 iyul 2017-ci il tartixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçirilib. Sərgidə Azərbaycan, Gürcüstan və İrandakı muzey və kolleksiyalarda aparılmış tədqiqatlar nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda istifadə edilmiş geyim növləri nümayiş etdirilir. Sərginin əsas məqsədi qloballaşan dünyada Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və gələcək nəsillərə təhrifsiz ötürülməsinə kömək etməkdir. 04 aprel-01 sentyabr 2017-ci il tarixləri arasında 596 nəfər sərgi ilə tanış olub. Sərgi ziyarətçilər belə bir sərgini təşkil etdikləri üçün Muzey rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Sərgi 04 oktyabr 2017-ci il tarixinə qədər davam edəcək.
Elanlar