az
en
Bu gün: 18 Noyabr 2017
Erməni faşizminin canlı sübutu
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən bir sıra materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilir və mütəmadi olaraq nümayiş olunur. Növbəti belə bir material – erməni silahlı qüvvələri tərəfindən dəzgahlı qumbaratanlardan atəş açılmış mərmi parçası Muzeyə təqdim olunmuşdur. Mərmini Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı tarixçi, Qarabağ Ekspert Şurasının üzvü Nazim Tapdıqoğlu (Vəlişov) təqdim etmişdir. 4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alıxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaaatanlardan və dəzgahlı qumbaratanlardan atəşə tutulmuşdur. Tədqiqatçının sözlərinə görə, mənfur düşmənin növbəti dəfə atəşkəsi pozması nəticəsində Alıxanlı kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva həlak olmuşdur. Onların həyatına son qoyan mərmi parçası Muzeyin guşəsində tariximizin qanlı səhifələrinin sübutu olaraq əks olunacaq. N.Tapdıqoğlu həmçinin özünün müəllifi olduğu Qarabağ tarixini əks etdirən kitabları Muzeyə hədiyyə etmişdir.
Elanlar