az
en
Bu gün: 18 Noyabr 2017
Muzeydə yeni unikal etnoqrafik material
Milli Azərbaycan Tarixi Muzeyinə mütəmadi olaraq yeni materiallar daxil edilir. Bu yaxınlarda Muzeyə etnoqrafik material - məfrəş daxil olmuşdur. Kəlbəcərdən məcburi köçkün olan Roza Ələkbərova tarixi əhəmiyyətli məfrəşi muzeyə hədiyyə etmişdir. XIX əsrin sonu - XX əsrin əvəllərini əhatə edən məfrəş Kəlbəcər bölgəsinə məxsusdur. Məfrəşin saxlanma vəziyyəti tam deyil. Sahibinin dediyinə görə məfrəş anasının cehizi olmuşdur. Məfrəş yorğan-döşəyi yığmaq üçün ağzını büzmək məqsədilə ilgəklər tikilmiş bəzəkli xalçadır. Bu xalça məmulatı qədim zamanlardan bəri Azərbaycanda hər bir ailənin məişətində geniş istifadə olunurdu. Məfrəş qədimdə çamodan funksiyasını daşıyıb və yük yığmaq üçün istifadə olunub. Muzeyə daxil edilən məfrəş Azərbaycan etnoqrafiyasının tədqiqi üçün əhəmiyyətli mənbədir və öz tədqiqatçılarını gözləyir.
Elanlar