az
en
Bu gün: 26 Sentyabr 2017
Milli Azərbaycan Tarixi Muzeyində “İslam Həmrəyliyi: Azərbaycan 2017 – müasir baxış” mövzusunda maarifləndirmə tədbiri təşkil olunmuşdur
09.09.2017 -ci il tarixində “Rasional Cəmiyyət Uğrunda” İctimai Birliyi “İslam Həmrəyliyi: Azərbaycan 2017 – müasir baxış” adlı layihə çərçivəsində həmin mövzu üzrə Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirmə tədbiri – seminar təşkil olunmuşdur. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutmuşdur. Tədbirdə Bakı şəhərinin bir sıra orta məktəblərinin – “İdrak” liseyi, Avropa – Azərbaycan Məktəbi, Bakı Slavyan Universitetinin Məktəb-lisey kompleksinin şagirdləri iştirak etmişdir. Qeyd edək ki, bu layihənin əsas məqsədi dövlətin siyasətini dəstəkləyərək, məktəbliləri “İslam Həmrəyliyi ili” üzrə fəaliyyət prosesinə cəlb etmək, bu mövzunu işıqlandıraraq yaymaqdır. Həmçinin, məktəbliləri maarifləndirərək müsəlman ölkələrinin tarixini, mədəniyyətlərini onlara öyrətməkdir. Habelə, məktəblilərdə yaranan sualları cavablandırmaq, onları müzakirələrə dəvət etmək, tolerantlıq, qarşılıqlı əməkdaşlıq və bu kimi mövzularda onları maarifləndirməkdir. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov çıxış edərək, belə bir maarifləndirmə tədbirinin keçirilməsinin əhəmiyyətini və vacibliyini vurğulayıb, şagirdlərin ölkədə həyata keçirilən mühüm dövlət proqramlarına cəlb olunmasını yüksək qiymətləndirmişdir. Layihənin rəhbəri A. Haciyeva isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya və tədbirin Muzeydə təşkilinə şərait yaradan akademik Nailə xanım Vəlixanlıya öz təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb. Tədbir çərçivəsində müzakirələr aparılıb, layihə çərçivəsində nəşr olunmuş bukletlər paylanıb. Eyni zamanda məktəblilər layihə çərçivəsində elan olunan “İslam həmrəyliyi uşaqların gözü ilə” foto, rəsm və yazı müsabiqəsində iştirak etməyə dəvət olunublar. Tədbirin sonunda seminar iştirakçılarının hər birinə iştirak barədə sertifikatlar təqdim olunub.
Elanlar