az
en
Bu gün: 18 Noyabr 2017
Muzey Arxeologiya elmi fond şöbəsi vəzifəni tutmaq üçün müsabiqə elan edir
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsi vəzifəni tutmaq üçün müsabiqə elan edir. Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri vəzifəsinə 1 yerdir. Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilər. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər: - Direktor adına ərizə; - Tərcümeyi-hal; - Kadrların şəxsi uçot vərəqi (2 ədəd 3x4 fotoşəkillə birgə); - Əmək kitabçasının surəti; - Elmi dərəcə haqqında diplomun surəti; - Çap olunmuş elmi əsərlərin siyahısı. Ünvan: Bakı şəh., H.Z.Tağıyev küçəsi, 4. Tel.: (+994 12) 598 17 45
Elanlar