az
en
Bu gün: 18 Noyabr 2017
Muzeyə dəyərli töhfə hədiyyə olunub
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanası mütəmadi olaraq qiymətli əsərlərlə zənginləşdirilir. Belə ki, muzeyə qiymətli elmi əsər olan “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixe-aləmaraye-Abbasi”) adlı kitab hədiyyə olunub. Kitabı muzeyə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyev təqdim edib. Kitabın müəllifi XVI əsrin görkəmli tarixçi, şair və xəttatı İsgəndər bəy Münşidir. Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı farscadan doğma dilimizə t.ü.e.d. prof. Ş. Fərzəliyev çevirib. Kitab 2010-cu ildə nəşr olunub. “Dünyanı bəzəyən Abbasın tarixi” əsəri Azərbaycan tarixini tədqiq üçün qiymətli mənbə, tarix elmi üçün mühüm hadisədir. Muzey kollektivi adından belə bir qiymətli əsəri dilimizə qazandırdığı üçün prof. Ş. Fərzəliyevə təşəkkür edir, yeni yaradıcılıq uğurları arzu edirik.
Elanlar