az
en
Bu gün: 14 Dekabr 2017
“Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarix Muzeyində “Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri respublika konfransı və “Ağsu möcüzəsi” sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən AMEA prezidenti, akademik Mahmud Kərimov keçirilən konfransı yüksək qiymətləndirib və AMEA-nın vitse-prezindenti, muzeyin direktoru Nailə Vəlixanlını xüsusi mükafatla təltif edib. Konfransda Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev “Ağsuda arxeoloji tədqiqatlar və Azərbaycan son orta əsr şəhər problemi”, Ağsu arxeoloji ekspedisiyasının rəis müavini, tarix elmləri namizədi Fariz Xəlili “Azərbaycan-Avropa əlaqələri”, Ağsu arxeoloji ekspedisiyasının üzvü, tarix elmləri namizədi Akif Quliyev “Ağsuda sikkə zərbi və pul tədavülü”, tarix elmləri namizədi Gülzadə Abdulova “Ağsu tapıntıları və onların etnoqrafik paralelləri” və başqaları Ağsunu əhatə edən müxtəlif mövzularda məruzələr oxuyublar. Tədbirdə eləcə də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, AMEA Milli Azərbaycan Tarix Muzeyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birlik tərəfindən hazırlanmış “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışının da təqdimatı baş tutub. Kitab-albomdakı materiallar Azərbaycan və ingilis dilində hazırlanıb.

14 Sentyabr 2010-cu il

Elanlar