az
en
Bu gün: 20 Oktyabr 2017
Muzey rəhbərliyi beynəlxalq konfransın açılışında iştirak ediblər
Bu gün Bakıda ICMAH-ın (Arxeologiya və Tarix Kolleksiyalarının və Muzeylərinin Beynəlxalq Komitəsi) “Muzeylər, kolleksiyalar və sənaye irsi” adlı illik beynəlxalq konfransı öz işinə başlayıb. ICMAH, ICOM Azərbaycan Milli Komitəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrinin arxeologiya və tarix muzeylərinin peşəkar muzey əməkdaşları iştirak edəcək. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzeyin Elmi fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalova tədbirdə iştirak ediblər. Konfransda Türkiyə, Gürcüstan kimi region ölkələri ilə yanaşı, Fransa, Belçika, Serbiya, Paraqvay, Yaponiya, Panama, Seneqal kimi dünyanın müxtəlif muzeylərindən gələn nümayəndələr və muzey peşəkarları üç gün müddətində məruzələrlərlə çıxışlar edəcəklər. Konfransı açılış nitqi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Azərbaycan Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəlioyeva, İCOM-un Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikova və ICMAH-ın prezidenti Miriam Morel açaraq konfransın məqsəd və məramından bəhs etmiş və tədbir iştirakçılarını salamlamışlar. Tədbir oktyabr ayının 6-da başa çatacaq.
Elanlar