az
en
Bu gün: 20 Oktyabr 2017
Tarixçi alimin məqaləsi impakt faktorlu jurnalda nəşr olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Bir daha IX-X əsrlərdə Azərbaycanın hüdudları haqqında” məqaləsi (rus dilində) Moskvanın impakt faktorlu «Вопросы истории» jurnalında (№ 9, 2017, s. 110-119) nəşr olunmuşdur. Məqalədə digər sinxron mənbələrin cəlb olunması ilə orta əsr ərəb mənbələrinin təhlili əsasında Azərbaycanın elmi ədəbiyyatda yenidən müzakirə mövzusuna çevrilmiş tarixi sərhədlərinin müəyyənləşdirilməsi problemləri tədqiq olunur. Müəllif “Azərbaycan” inzibati-siyasi termininin ərəb müəllifləri tərəfindən yalnız Cənub (İran) Azərbaycanına aidliyi iddiası ilə çıxış edən bəzi tədqiqatçıların (A.Şaginyan və b.) nəticələrinin əsassız olduğunu göstərir, eləcə də, Araz çayından şimalda olan ərazilərin (müasir Azərbaycan Respublikası ərazisinin) guya avtoxton erməni əhalisinin yaşadığı “Persarmeniya, Paytakaran və Vaspurakana” deyil, mənbələrdə həmçinin Yuxarı (yəni Şimal) Azərbaycan və ya sadəcə Azərbaycan adlandırılan Arran vilayətinə aidliyini təsdiq edir.
Elanlar