az
en
Bu gün: 20 Oktyabr 2017
“Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlam Həyata Dəvət” İctimai Birliyi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində seminar təşkil olunmuşdur. “Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı layihə çərçivəsində həmin mövzu üzrə keçirilən tədbirdə Bakı şəhərinin bir sıra orta məktəbləri, o cümlədən BSU MLK, 21, 217 saylı orta məktəblərin şagirdləri iştirak etmişdir. Layihənin əsas məqsədi son illərdə dünyanın bir çox nöqtələrində, o cümlədən Azərbaycanda baş verən hərbi münaqişələr və ölkəmizin 20% torpaqlarının işğalı nəticəsində törədilən ekoloji terrorun, ekoloji tarazlığın pozulması, ekoloji genosid (ekosid) halları haqqında məlumatların yayılmasıdır. Həmçinin iştirakçılara hərbi münaqişələrin təbiətə və planetimizin sakinlərinə vurduğu ziyan barədə məlumat verməkdir. Tədbir çərçivəsində mövzu ətrafında kiçik sorğu, eyni zamanda müzakirələr aparılıb, layihə çərçivəsində həmin mövzu üzrə nəşr olunmuş bukletlər paylanıb. Eyni zamanda məktəblilər layihə çərçivəsində elan olunan əl işləri və rəsm sərgilərində iştirak etməyə dəvət olunublar. Layihə rəhbəri Ü.Xudiyeva öz çıxışında belə bir vacib məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, eyni zamanda tədbirin Milli Azərbaycan Tarixi Muzeyində təşkilinə şərait yaradan Müzey rəhbərliyinə bir daha təşəkkürünü bildirib. Tədbirin ikinci hissəsi Muzeydə ekskursiya ilə davam etmiş, eyni zamanda bir qrup şagirdlər üçün Ekoloji Parka ekskursiya təşkil olunmuşdur.
Elanlar