az
en
Bu gün: 20 Oktyabr 2017
ADU-da Aida İmanquliyeva yaradıcılığına həsr olunmuş “dəyirmi masa” təşkil olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq respublikada keçirilən maarifləndirici tədbirlərdə iştirak edirlər. Belə ki, Azərbaycan Dillər Universitetində (ADU) keçirilən “dəyirmi masa”da Muzeyin elmi işçisi Əli Fərhadov da iştirak etmişdir. Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr edilən “Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” adlı “dəyirmi masa”da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, AMEA, ADU-nun əməkdaşları iştirak və çıxış etmişdir. Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadov da tədbirdə “Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusunda məruzə oxumuş, mövzu ilə əlaqəli iştirakçıların suallarını cavablandırmışdır.
Elanlar