az
en
Bu gün: 18 Noyabr 2017
Qafqaz uğrunda döyüşün bitməsinə həsr olunan seminar-mühazirə
Rusiya Federasiyasının Bakıdakı Mədəniyyət-İnformasiya Mərkəzinin həyata keçirdiyi “Böyük Vətən müharibəsinin mühüm döyüşləri” layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində tədbir təşkil edilmişdir. Həmin müharibənin gedişində dönüş yaradan hadisələrdən biri olan Qafqaz uğrunda döyüşün bitməsinə həsr olunan seminar Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı ilə birgə keçirilmişdir. Tədbirdə Böyük Vətən müharibəsinin veteranları, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin əməkdaşları, Azərbaycan Maliyyə İqtisad Kollecinin tələbələri, Bakının bir neçə orta məktəbinin şagirdləri iştirak etmişdir. Seminarda Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov, bu şöbənin kiçik elmi işçisi Fuad Ağayev, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin təmsilçisi Aleksandr İliç Kalamin, Böyük Vətən müharibəsinin veteranları - Aleksandr Aleksandroviç Qritçenko, Mariya Stepanovna Rzayeva və İsmayıl Fərəcov çıxış etmişdir. Daha sonra “Azərbaycan II Dünya müharibəsində. Hədəf Bakıdır” sənədli filmi nümayiş etdirmişdir. Sonda Rusiya Federasiyasının Bakıdakı Mədəniyyət-İnformasiya Mərkəzi tərəfindən Muzeyin əməkdaşı F.Ağayev fəal əməkdaşlığa görə təşəkkürnamə ilə təltif edilmişdir.
Elanlar