az
en
Bu gün: 18 Noyabr 2017
Muzeydə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan xalqının məişət mədəniyyətinin formalaşmasında İslamın rolu” mövzusunda növbəti seminar keçirilib. Tədbirdə DQİDK-nin əməkdaşları, Xəzər Universitetinin Fəlsəfə kafedrasının müdiri f.ü.e.d. Mail Yaqub, ADİU və ADPU-nun tələbələri, Muzey əməkdaşları və s. iştirak ediblər. Tədbiri giriş sözü ilə Muzeyin Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova açdı və qeyd etdi ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq İslam həmrəyliyi mövzusunda Muzeydə mütəmadi tədbirlər keçirilir. Bu tədbirlər gənc nəslin maariflənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sonra Muzey əməkdaşı, t.ü.f.d. Tural Şiriyev “Azərbaycan xalqının məişət mədəniyyətinə islam dinin təsiri haqqında” mövzusunda çıxış etdi və Azərbaycan xalqının zəngin məişət mədəniyyətinə malik olduğunu, bu mədəniyyətin formalaşmasında İslam dininin mühüm rol oynadığını bildirdi. Daha sonra Xəzər Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru Mail Yaqub “Azərbaycan reallığında İslam fenomeni” mövzusunda çıxış edib. Tədbirin sonunda iştirakçıların sualları natiqlər tərəfindən cavablandırıldı. Eyni zamanda qeyd edildi ki, bu kimi tədbirlər gələcəkdə də davam etdiriləcək.
Elanlar