az
en
Bu gün: 12 Dekabr 2017
Fransız qonaqlar Muzeylə tanış olub
Fransa Milli Assambleyasının Fransa – Azərbaycan dostluq qrupunun rəhbəri cənab Pyer Alen Rafan Azərbaycana səfəri çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişdir. 04 noyabr 2017-ci il tarixində Muzeyə gələn qonağı Azərbaycan Respublikasının Fransadakı səfiri cənab Rəhman Mustafayev və Fransa Respublikasının Azərbaycankı səfiri xanım Aurelia Buşe müşayiət etmişdir. Qonaqları Muzeyin Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin müdiri, t.ü.f.d. Bəxtiyar Sayilov qarşıladı. Daha sonra Muzeyin bələdçisi Sara Əhmədova qonaqları Azərbaycan tarixi mövzusunda məlumatlandırmış və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi ilə tanış etmişdir. Cənab P.A.Rafan və xanım A.Buşenin Azərbaycan tarixi və H.Z.Tağıyevin həyat və fəaliyyəti ilə bağlı sualları cavablandırılmışdır. Cənab P.A.Rafan özünün xoş təəssüratlarını Muzeyin rəy kitabında qeyd etmişdir.
Elanlar