az
en
Bu gün: 18 Noyabr 2017
“Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun növbəti məşğələsi keçirilmişdir
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə açıq dərs keçirilmişdir. Açıq dərsi muzeyin "Xarici əlaqələr və elmi kütləvi iş" şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhmən Kərimov tərəfindən “Muzeylərdə elmi-kütləvi işlərin təşkili” adlı mühazirə oxunmuşdur. Muzeyşünasların diqqətini cəlb edən mövzu ilə bağlı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Xatırladaq ki, maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatı, muzey işi və onun fəaliyyət istiqamətlərini gənc nəslə çatdırılmasını qarşısına məqsəd qoyan “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu ilk dəfə olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyində yaradılmışdır. Klubun rəhbəri Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
Elanlar