az
en
Bu gün: 11 Dekabr 2017
Muzeydə “9 Noyabr Dövlət Bayrağı günü” münasibətilə tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “9 Noyabr Dövlət Bayrağı günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xətai rayonu 55 saylı tam orta məktəbin şagirdləri həmin məktəbin tarix müəllimi Zümrüd Həsənquliyevanın rəhbərliyi ilə iştirak etmişlər. Konfrans Azərbaycan Respublikasının Himninin oxunması ilə açıq elan olunmuşdur. Tədbirdə Zümrüd Həsənquliyeva “9 Noyabr Dövlət Bayrağı günü” münasibətilə Azərbaycan bayraqları haqqında hazırladığı video çarxı nümayiş etdirmişdir. Daha sonra Muzeyin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova “Dövlətçilik rəmzləri” adlı məruzə ilə çıxış etmişdir. Sonra məktəblilərin sualları S.Vahabova tərəfindən cavablandırılmışdır. Tədbir bədii hissə ilə davam etdirilmiş, məktəblilər bayraqla bağlı çıxışlar etmişlər. Sonda məktəbin VIIIa sinif şagirdi Zemfira Qədirli, Va sinif şagirdləri Solmaz Abışova, Zeynəb Məmmədova və başqa məktəblilər “9 noyabr Dövlət Bayrağı günü” ilə əlaqədar şeirlər söyləmişlər.
Elanlar