az
en
Bu gün: 11 Dekabr 2017
Muzey əməkdaşına üzvlük vəsiqəsi təqdim olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq muzey xarici tədbirlərdə aktiv iştirak edirlər. Belə ki, H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyində “9 noyabr Dövlət Bayrağı günü” münasibətiylə tədbir keçirilmişdir. Muzeyin Bərpa laboratoriyasının əməkdaşı Vüqar Xudaverdiyev tədbirdə iştirak etmişdir. Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev tərəfindən V.Xudaverdiyevə Gənc Vətənpərvərlər Birliyinin (GYB) üzvlük vəsiqəsi təqdim edilmişdir. Məlumat verdiyimiz kimi Muzeydə 2014-cü ildən fəaliyyət göstərən Gənc Vətənpərvərlər Birliyinin dayaq nöqtəsi fəaliyyət göstərir. GVB-nin məqsədi – Vətənimiz üçün fiziki cəhətdən sağlam, Vətəni hər an qorumağa hazır olan, vətənsevər gənclər yetişdirmək, milli və hərbi vətənpərvərlik tərbiyəsi işini gücləndirməkdir. Gənclərin aktual problemləri ilə məşğul olaraq onların tarix və mədəniyyətimizə hörmət ruhunda tərbiyə olunmasına, maariflənməsinə, yaradıcılıq qabiliyyətinin üzə çıxmasına nail olmaqdır.
Elanlar