az
en
Bu gün: 18 Noyabr 2017
Muzeydə növbəti açıq dərs keçirildi
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq məktəblilər və gənclər üçün açıq dərslər verirlər. Belə ki, növbəti açıq dərs Nərimanov rayonu, 200 saylı Məktəb Lisey Kompleksinin VI sinif şagirdləri ilə, Muzeyin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova tərəfindən aparıldı. Tədbirin sonunda həmin məktəbin müəllim və şagirdlərinin çoxsaylı sualları N.Yusifova tərəfindən ətraflı cavablandırıldı. Açıq dərs Muzeydə keçirilən “Duyğularımın rəngi” adlı sərgi əsasında təşkil edilmişdir. Sərgi Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gənc üzvlərinin əl işləri əsasında keçirilir. “Bizi duyun” layihəsi çərçivəsində aparılan açıq dərsin məqsədi, fiziki imkanları məhdud gənclərin duyğularının ifadəsi kimi əl işlərinin əyani olaraq sərgilənməsidir. Həmçinin, onların da cəmiyyətdə olan digər gənclər kimi eyni hüquqlara malik olmalarını göstərməkdir. Belə gənclərə dövlətin böyük qayğısı olmasına baxmayaraq, Milli Azərbaycan Tarixi Muzeyi də öz mənəvi köməyini əsirgəmir. Belə dərslər nəticəsində gənclərin Vətənə, təhsilə, müxtəlif peşələrə olan sevgisinin artacağı danılmazdır.
Elanlar