az
en
Bu gün: 18 Noyabr 2017
“Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi həyata keçrildi
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları daim muzey işinin təbliği ilə məşğul olurlar. Belə ki, Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvlərinin Abşeron rayonu Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədinə ekskursiyasını təşkil etmişdir. Tədbir “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ devizi altında keçirilmişdir. Məqsəd “Muzeyşünaslıq” ixtisası üzrə ixtisaslaşan tələbələrin muzey işi sahəsinə dərindən yiyələnməsinə kömək etməkdir. Müxtəlif profilli muzeyləri əyani şəkildə görərək, onların iş üslubu ilə yaxından tanış olmalarına şərait yaratmaqdır. Bu gəzinti gənc muzeyşünaslarda yüksək təəssüratlar yaratmış, onların bu peşəyə marağını daha da artırmışdır. Məbədlə tanışlıq zamanı tələbələri maraqlandıran suallar bələdçi tərəfindən ətraflı cavablandırılmışdır. Sonda Sahibə Ələkbərova “Atəşgah məbədi”nin rəhbərliyinə və onun kollektivinə gənc muzeyşünaslar adından öz təşəkkürünü bildirmişdir. Qeyd edək ki, müxtəlif profilli muzeylərə belə ekskursiyaların təşkili gələcəkdə də nəzərdə tutulmuşdur.
Elanlar