az
en
Bu gün: 11 Dekabr 2017
Muzeydə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş seminar keçirildi
Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq tələbələr üçün maarifləndirici seminarlar keçirilir. Növbəti belə tədbir 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə, həmçinin cənab prezident İ.Əliyevin 2017-ci ili İslam Həmrəyliyi elan etməsi və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı mövzusundakı müvafiq sərəncamlarına uyğun olaraq “Tolerantlıq və İslam həmrəyliyində Azərbaycan nümunəsi” mövzusunda təşkil edildi. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm ETL-nın birgə təşkilatçılığı ilə baş tutdu. Seminarda Muzeyin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “H.Z.Tağıyev və dini maarifçilikdə, tolerantlıqda rolu” mövzusunda, ADU Multikulturalizm ETL-nin elmi işçisi, f.ü.f.d. Rəşad İlyasov “Tolerantlıq və İslam həmrəyliyi” mövzularında mühazirə oxudular. Tədbirdə həmçinin Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Zərifə Dulayeva da “XIX-XX əsrlərdə Azərbaycanda beynəlmiləlçilik” mövzusunda çıxış etdi. Seminarda ADU-nun Təhsil və Tərcümə fakültələrinin tələbələri iştirak etdi. Məruzələrdə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə, həmçinin cənab prezidentin müvafiq sərəncamlarına uyğun olaraq gənclər arasında tolerantlıq, multikulturalizm, islam həmrəyliyi və maarifçilik ideyalarını yaymağın əhəmiyyəti vurğulandı. Həmçinin Azərbaycanın tolerantlıq və islam həmrəyliyi sahəsində rolu və XX əsrin əvvəllərində Azərbaycanda dini maarifçiliyin yayılmasında görkəmli xeyriyyəçi H.Z.Tağıyevin fəaliyyəti haqqında məlumat verildi. Tədbirin sonunda iştirakçıların sualları natiqlər tərəfindən cavablandırıldı.
Elanlar