az
en
Bu gün: 18 Noyabr 2017
Muzeyə yeni unikal eksponat daxil olub
Milli Azərbaycan Tarixi Muzeyi maddi mədəniyyət nümunələrimizin toplanması və qorunması işində mühüm missiyanı həyata keçirir. Bu yaxınlarda muzey XIX-XX əsrlərə aid Almaniya istehsalı unikal çay dəsti əldə edib. Serviz köhnə Bakının nüfuzlu ziyalıları arasında zadəgan Aşurbəyov nəslindən olan Ağaşərif Aşurbəylinin şəxsi əşyası olub. Unikal çay dəsti - çaydan, qənd qabı, süd qabı, fincandan ibarətdir. Dəst ağ falyansdan, dekol və qızıl işləməlidir və hər birinin üzərində sahiblərinin fotoşəkilləri vurulub. Servisin bütün qablarının üzərində A.Aşurbəylinin və b. fotoşəklləri həkk olunub. Bu xatirə əşyası muzeyin Hədiyyələr və xatirə əşyaları fonduna təhvil verilib.
Elanlar