az
en
Bu gün: 11 Dekabr 2017
Muzey əməkdaşlarına sertifikat təqdim edilmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq maarifləndirici təlimlərdə iştirak edirlər. Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşları - t.ü.f.d. Fuad Ağayev və Elmira Əliyeva AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya - Açıq Ensiklopediya üzrə keçirilən təlimlərdə iştirak ediblər. Təlimdə Vikipediya proqramında məlumatların və məqalələrin yaradılması prinsipləri, qaydaları və üsullarının işlədilməsi, məlumat yerləşdirilməsinin üsulları tədris olunub. Muzey əməkdaşları tərəfindən artıq elektron ensiklopediyaya Azərbaycan tarixi və muzey haqqında 20-ə yaxın məlumat yerləşdirilmiş, təkmilləşdirilmiş və redaktə olunmuşdur. Təlimin sonunda muzey əməkdaşları AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən uğurlu fəaliyyətlərinə görə sertifikatla təltif olunmuşlar. Muzey kollektivi adından t.ü.f.d. Fuad Ağayevi və Elmira Əliyevanı təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.
Elanlar