az
en
Bu gün: 18 Noyabr 2017
Muzey əməkdaşı ADU-da keçirilən “Dəyirmi masa”da çıxış edib
Muzey əməkdaşları muzey xarici tədbirlərdə də uğurla iştirak edirlər. Belə ki, Azərbaycan Dillər Universitetinin (ADU) “Multikulturalizm” ETL-da “Azərbaycan multikulturalizmi ölkə daxilində və xaricində siyasi model kimi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Muzeyin elmi işçisi, t.ü.f.d. Ə.Fərhadov “Azərbaycanın multikulturalizm modeli” mövzusunda çıxış edib. “Dəyirmi masa”da ADU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri Seyfəl Həsənov, ADU “Multikulturalizm” ETL-nın elmi işçisi, f.ü.f.d. Rəşad İlyasov və digərləri də maraqlı məruzələrlə çıxış ediblər. “Dəyirmi masa”da ADU əməkdaşları və tələbələri iştirak edib. Tədbir müzakirələrlə və iştirakçıların suallarına verilən cavablarla yekunlaşıb.
Elanlar