az
en
Bu gün: 14 Dekabr 2017
Muzey – Türkiyə əlaqələri inkişaf edir
Milli Azərbaycan Tarixi Muzeyi daim yerli və xarici qonaqları özünə cəlb edir. Belə ki, Bakıdakı Türk Evinin sədri Nərmin Çingizqızı və İstanbul Azərbaycan Teleteatrının qurucusu Kəmalə Kamal Muzeyi ziyarət ediblər. Görüşdə bu üç təşkilat arasında qarşılıqlı işbirliyi haqqında məsələlər, H.Z.Tağıyev irsinin dirçəldilməsi və daha geniş auditoriyaya tanıdılması planları müzakirə edildi. Qonaqlara Muzey və H.Z.Tağıyevin xatirə muzeyinə ekskursiya aparıldı. Ziyarətçilər Muzeyin direktoru akademik N.Vəlixanlı və Muzeyin elmi katibi F.Cabbarov ilə də görüşdülər. Gələcəkdə də öz təşkilatları ilə Muzey arasında birgə işgörüşmələri haqqında razılıq əldə olunub. Sonda qonaqlara Muzeyin nəşrləri hədiyyə edildi.
Elanlar