az
en
Bu gün: 14 Dekabr 2017
Muzey əməkdaşı jurnalistikanın inkişafına həsr olunmuş tədbirdə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları AMEA-nın maarifləndirici tədbirlərində müntəzəm iştirak edirlər. Belə ki, AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşı Aynur Babayeva da iştirak edib. A.Babayeva Muzeyin saytının fəaliyyət istiqaməti və bu sahədə mövcud problemlərdən danışıb. O, bildirib ki, geniş izləyici kütləsi toplamış Muzeyin saytı operativ, dolğun məlumatları ilə ictimaiyyətin daim diqqət mərkəzindədir. Eyni zamanda tarix elminin təbliği və populyarlaşdırılması işində fəal iştirak edir. AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunan tədbirin məqsədi elmi jurnalistikanın inkişafı, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsi idi. Həmçinin elmi-populyar üslubda məqalələrin hazırlanması, elmin KİV-də təbliği sahəsində mövcud problemləri, onların həlli yollarını müzakirə etmək idi.
Elanlar