az
en
Bu gün: 14 Dekabr 2017
Muzey eksponatlarının bərpa və konservasiyası işlərinə həsr olunmuş video-süjet hazırlanıb
Muzey işinin mühüm və gündəlik qayğılarından ən əsası ekspozisiyada və fondlarda qorunan eksponatların qorunması və bərpa olunmasıdır. İctimai TV tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasının fəaliyyətini əks etdirən video-süjet hazırlanıb. Proqramda Muzey eksponatlarının bərpası və konservasiyası texnologiyası haqqında ətraflı məlumat verilmiş və bərpaçıların iş prosesi öz əksini tapmışdır. Burada həmçinin metal və kağız üzrə bərpaçı rəssamların fəaliyyəti işıqlandırılmışdır. Bərpa laboratoriyasının müdiri Təhsib Zəvərli öz müsahibəsində Muzeyin eksponatlarının bərpa və konservasiyası üsulları, onlar üzərində aparılan tədqiqat işlərindən danışıb. O, bildirib ki, laboratoriya əməkdaşları peşə səviyyələrini artırmaq üçün mütəmadi olaraq bərpa və konservasiya məsələlərinə aid müxtəlif yeni nəşrlərə müraciət edirlər. Həmçinin dünya standartları səviyyəsində qəbul olunmuş qabaqcıl üsulları öz işlərində tətbiq edirlər. Laboratoriyanın fəaliyyəti 2010-cu ildə Muzeydə keçirilmiş “Muzey eksponatlarının ikinci həyatı” adlı sərgidə təqdim olunmuşdur.
Elanlar