az
en
Bu gün: 14 Dekabr 2017
“I Universitetlərarası Azərbaycan tarixi” yarışı
Milli Azərbaycan Tarixi Muzeyində müntəzəm olaraq tələbələr arası müxtəlif yarışmalar keçirilir. Belə ki, 3 dekabr 2017-ci il tarixində Muzeydə “I Universitetlərarası Azərbaycan tarixi” yarışı baş tutub. Yarış Bakı Mühəndislik Universiteti “Qarabağ” tarix klubunun və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı, Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə təşkil edilmişdir. Bu yarışı təşkil etməkdə məqsəd tələbələrin tarix fənninə olan maraqlarını artırmaq idi. Yarışdakı 24 sual "Nə? Harada? Nə zaman?" tipində hazırlanıb, məntiq, dünya görüşü və tarix biliklərinin qarışığı şəklində olmuşdur. Yarışda münsiflər heyətinin üzvləri kimi AMEA Milli Azərbaycan Tarixi Müzeyinin əməkdaşları - t.ü.f.d. Bəhman Kərimov və elmi işçi Əli Fərhadov da iştirak etmişdir. Yarışda 11 komanda iştirak etmişdir. Müxtəlif universitetlərdən komandaların qatıldığı yarışın qalibi kubok və diplom ilə, 2-ci və 3-cü yerlər də diplom ilə təltif ounmuşdur. 1-ci yeri 22 balla Bakı Mühəndislik Universitetinin "No-name" komandası, 2-ci yeri 21 balla Bakı Mühəndislik Universitetinin "Adda trophy" komandası, 3-cü yeri isə 18 balla Bakı Dövlət Universitetinin "Arbiter" komandası qazanmışdır. Muzey kollektivi adından qalib gələn komandaları və tələbələri təbrik edir, yeni uğurlar arzu edirik.
Elanlar