az
en
Bu gün: 14 Dekabr 2017
Ü.Hacıbəylinin və M.Maqomayevin 135 illiyi ilə əlaqədar kataloqlar nəşr olunacaq
Milli Azərbaycan Tarixi Muzeyində görkəmli Azərbaycan bəstəkarları Ü.Hacıbəylinin və M.Maqomayevin anadan olmalarının 2020-ci ildə 135 illik yubileylərinə həsr olunmuş kataloqlar nəşrə hazırlanır. Ü.Hacıbəyliyə həsr olunan kataloq artıq çapa hazırdır və onun elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Ü.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən kataloq 2 əsas – “Həyatı” və “Yaradıcılığı” bölmələrindən ibarətdir. Burada Muzeyin fondlarında mühafizə olunan 286 material yer almış, eksponatların fotoşəkilləri və annotasiyaları verilmişdir. Kataloqun mətninin müəllifi Muzeyin Xatirə əşyaları və hədiyyələri fondunun müdiri Rəna Səfərovadır. M.Maqomayevə həsr olunan kataloq üzərində də iş gedir. Kataloqların yaxın gələcəkdə işıq üzü görməsi nəzərdə tutulur. Azərbaycan tarixi və incəsənətinin tədqiqi və təbliğində bu nəşrlər mühüm əhəmiyyətə malikdir. Kataloqlar həmçinin 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə dəyərli töhfə olacaqdır.
Elanlar