az
en
Bu gün: 19 Oktyabr 2018
“Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun növbəti məşğələsi keçirilmişdir
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə növbəti açıq dərs təşkil edilmişdir. Mühazirə iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin II kurs bakalavr, magistr və doktorant pilləsinin tələbələri idi. Açıq dərs Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova tərəfindən keçirilmişdir. O, “Muzeylərdə elmi maarifləndirmə işinin təşkili” adlı mühazirə oxumuşdur. Muzeyşünasların diqqətini cəlb edən mövzu ilə bağlı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Xatırladaq ki, “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu ilk dəfə olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyində yaradılmışdır. Klub maddi-mənəvi, mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatın, muzey işi və onun fəaliyyət istiqamətlərinin gənc nəslə çatdırılmasını qarşısına məqsəd qoyub. Klubun rəhbəri Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
Elanlar